AzEuroNews.com / Wassenberg  ► Almaniyada Diyanət və Türk İslam Birliyinə (DİTİB) aid məscidin girişinə insan ifrazatı yaxılıb. AzEuroNews.com  xəbər verir ki, hadisə Şimali Reyn Vestfaliya (NRW) əyalətinin Wassenberg şəhərində, Selemiye camesində qeydə alınıb. 

Belə ki, günorta namazından sonra məscidin girişinə insan ifrazatı yaxıldığını görənlər dərhal polisə məlumat veriblər. 

Məscid rəhbərliyi açıqlamasında bildirib ki, daha öncə də cameyə qarşı hücumlar olub. 

Alman polisi faktla bağlı araşdırmalarını davam etdirir.