Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

AzEuroNews.com / Nürnberg  ► 2019-cu ilin sentyabr ayında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) 13 321 nəfərin sığınacaq müraciəti ilə bağlı ərizəni qəbul edib. AzEuroNews.com  xəbər verir ki, sentyabr ayında qərar gözləyən sığınacaq axataranların ərizəsinin sayı 54 662 olub. 

BAMF-dan verilən məlumta görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Almaniyada sığınacaq üçün 110 282 nəfər müraciət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə (124 405 nəfər) bu, 11,4 faiz azalma deməkdir. Eyni dövrdə Federal İdarə 146 640 nəfərin müraciəti barədə qərar qəbul edib ki,  bu keçən ilin eyni dövrü ilə müqayisədə 22 810 nəfər (-13.5 faiz) azdır.

Cenevrə Qaçqınlar Konvensiyasına uyğun olaraq 3,067 nəfərə qaçqın statusu verilib (bütün sığınacaq qərarlarının 23,0 faizi), 1548 nəfər (11,6 faiz) köməkçi müdafiə və 410 nəfər (3,1 faiz) deportasiyadan qorunub.

3707 nəfərin (27.9 faiz) sığınacaq ərizəsi BAMF tərəfindən rədd edilib.