Niderlandda xəstələrin son istəyini reallaşdıran “Arzu ambulansı” var

Mənbə  © REAL TV Azərbaycan ► Arzu ambulansı dünyada ilk olaraq 2007 ildə Niderland da fəaliyyətə başlayib.

Həmin il bir təcili yardım sürücüsünün şahid olduğu hadisə Arzu ambulansının yaranmasina səbəb oldu. Ambulans sürücüsu Kees Veldboer işi zamanı keçmiş bir dənizçini xəstəxanaya apararkən o ölməzdən əvvəl son dəfə gəmiyə minmək istədiyini deyib.

Bu son arzu da Keesin Arzu ambulansı xeyriyyə dərnəyini yaratmasına səbəb olub. Həmin gundən bu günə qədər Arzu Ambulansı Niderlandın muxtəlif regionlarında könullulərin səyi nəticəsində 100 minlərlə xəstələrin son arzularını reallaşdırır.Arzular reallaşdıqca bu dərnəklərin könüllüləri də artır.

“Arzu ambulansı” dərnəyinin direktoru Margreet Schutte bildirib:

“Bizim regionun “Arzu ambulansi” dernəyi ildə təxminən 200 arzu reallaşdirır. Ancaq məqsədimiz daha cox insanlarin arzularini reallaşdira bilməkdir. Arzulari reallaşan xəstələrin ailə üzvlərinə bizdən çox onəmli bir xatirə qalir. çünki əksər hallarda reallaşan arzu o insanlarin son arzulari olur və qisa muddət sonra onlar artiq bu həyatda olmurlar. O vaxt həmin xəstələrin ailə uzvlərinin minnətdarligini görmək bizim ucun çox onəmlidi. Biz çox gözəl könüllülər komandasiyiq”.

Overijsel regionundaki bu Arzu Ambulancenin bütün əməkdaşlari könüllülərdir. Və onların ən böyuk qazancları xəstə insanların arzularının real olduğu anda üzlərində olan minnətdarlıqdır.

Arzu ambulancenin könüllülərinin əksəriyyəti peşakar tibb işçiləridir. Çünki bu dərnəklərə müraciət edən xəstələrin əksəriyyəti peşəkar təcili yardım işçilərinin nəzarəti altında səyahət edə bilərlər. Bu arada onu da xatirladim ki,bu arzuların həyata keçməsi üçün xəstə yaxınları dərnəklərə heç bir ğdəmə elemirlər


Xəstələrin arzularina çatmasında könullu ambulans sürücülərinin də rolu danılmazdı. Çunki onlar bəzən 10-12 saatliq yolu sevə-sevə gedirlər.

Biz də REAL TV komandası olaraq Niderlanddakı Arzu Ambulansının növbəti pasientinin arzusunun reallaşmasında iştirak eledik. Planlaşdırıldığı kimi səhər saatlarında Arzu Ambulansının könüllüləri ilə birlikdə arzu sahibinin evinə yollandıq. Bu dəfəki xəstəmiz qızı ilə birlikdə TEXEL adasında 4-5 günluk tətil eləmək istəyirdi. Bu xanim xəstənin onurğasında olan problem səbəbi ilə uzun muddət Avtomobildə oturaq səyahət edə bilməyəcəyi üçün qızı Arzu Ambulansından kömək istəyib. Bu istək araşdırılıb və bu gün də həmin arzunun reallaşacağı gündür. Xəstəmiz evindən alındı. Onun əşyaları, adada hərəkət eləyə bilməsi üçün elektrikli əlil arabası Ambulansın arxasında olan qoşquya yükləndi və arzu yolculuğu başladı.

Arzu etmək, arzuya çatmaq və o arzunun reallaşmasının iştirakçısı olmaq da böyük xoşbəxtlikdir. Bu gün də biz həmin xoşbəxtliyin bir parçası olduq. Uzun maşın və dəniz yolculuğunun sonunda arzunun ünvani Texel adasına catdıq.

Adada istirahət etməyi arzulayan bu xanım Arzu Ambulansının könüllülərinin köməyi ilə adadakı evinə yerləşdirildi. Evdə onun rahatlığı üçün hər şey düşünülmüşdü. Qızı ilə burda 5 gün keçirəndən sonra o yenidən Arzu Ambulansının köməyilə evinə aparılacaq.