Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com / Berlin  ► Almaniyada türk kökənli, Yaşıllar Partiyasından Bundestaqa seçilən deputat Cem Özdemir ölüm təhdidi alıb. AzEuroNews.com  xəbər verir ki, Almaniyada sağcı bir qrup tərəfindən elektron poçt vasitəsi ilə ölüm təhdidi alan deputata yazılan məktubda qeyd olunub ki, onu ictimai yerdə və ya evində öldürə bilərlər. 

Cem Özdemir

Özünü Almaniya Atom Silahları Birliyi  (Atomwaffen Division Deutschland) kimi təqdim edən qrup Cem Özdemiri hazırladıqları ölüm siyahısında birinci yerə yazdıqlarını bildiriblər. 

Məlumat üçün bildirək ki, Cem Özdemir bundan əvvəl qondarma “erməni soyqırımı” ilə bağlı işlətdiyi ifadələrə görə Almaniyadakı milliyətçi türklər tərəfindən ölümlə təhdid edilmişdi.