Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

AzEuroNews.com / Dortmund ►  Almaniyada hərəkətdə olan qatardan atılan butulka iki yaşındakı qızın başına dəyib. AzEuroNews.com  xəbər verir ki, hadisə Şimali Reyn Vestfaliya əyalətinin Dortmund şəhərində qeydə alınıb. Belə ki, qatar hərəkətdə olarkən vaqonların birinin pəncərəsindən atılan şüşə butulka o anda platformada valideynləri ilə dayanan iki yaşlı uşağın başına dəyib. 

Hadisə yerinə çağrılan təcili yadımla xəstəxanaya çatdırılan uşağa tibbi müdaxilə edilib. 

Növbəti stansiyada polis tərəfindən durdurulan qatarda olan təxminən 500 nəfərə yaxın sərnişinin bir-bir kimlik məlumatları yoxlanılıb. 

Ancaq polis butulkanın kim tərəfindən atıldığını müəyyən edə bilməyib. Yalnız atılan butulkanın spirtli içki növü olan viskiyə aid olduğu ortaya çıxıb.

Faktla bağlı Dortmund şəhər Polis Təşkilatında araşdırmalar davam etdirilir.