AzEuroNews.com /Berlin  ► Almaniyanın paytaxtı Berlində bir qup terror təşkilatı olan PKK trəfdarı “PKK Almaniyaya aiddir”adlı yürüş aksiyası keçirib. 

AzEuroNews.com  xəbər verir ki, aksiya Berlinin mərkəzində, “Alexanderplatz” meydanında baş tutub. 

70-ə yaxın şəxs əllərində  “Die PKK gehört  Deutschland” (PKK Almaniyaya aiddir) yazılı plakatlarla yürüş aksiyası keçiriblər. 

Onlar Avropa və Almaniyda PKK-nın fəaliyyətinin və təbliğatının qadağan olunması ilə bağlı qərarın ləğv edilməsini tələb ediblər. 

Yürüş aksiyası icazəli olduğundan polis müdaxilə etməyib.