Foto © Fərahim İLQAROĞLU / AzEuroNews.com

AzEuroNews.com /Berlin  ► Müsəlmanların sayının artması Almaniyada pivə satışının azalmasına səbəb olub. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki,  Almaniyanın Federal Statistika İdarəsi (Destatis) 2019-cu ilin doqquz ayında Almaniyada pivə satışının keçən ilin eyni dövrü ilə müqayisədə 2 % aşağı düşdüyünü açıqlayıb. 

2019-cu ilin yanvar-sentyabr ayları arasında Almaniyadakı pivə zavodları və pivə dükanları, keçən ilin eyni dövrü ilə müqayisədə 2 % və ya 143,5 milyon litr az pivə satıb. 2019-cu ilin doqquz ayı ərzində ümumi pivə satışı təxminən 7.1 milyard litr təşkil etdib. Bu siyahıya alkoqolsuz pivə və Avropa Birliyindən (AB) kənar ölkələrdən gətirilən pivə daxil deyil.

Ümumi pivə satışının 82 % -i daxili istehlak üçün nəzərdə tutulub və vergiyə cəlb edilib. 2018-ci ilin doqquz ayı ilə müqayisədə pivə istehsalı 2 % azalaraq 5,8 milyard litrə enib. 

Pivə qarışıqlarının satışı limonad, kola, meyvə şirələri və digər alkoqolsuz aşqarlar ilə qarışdırılmış pivə, 2019-cu ilin doqquz ayında 372,6 milyon litr təşkil edib ki, bu da ümumi pivə satışının 5,2 % -dir. 

2018-ci ilin doqquz ayı ilə müqayisədə bu içkilərin satışı 0,2 % azalıb.

Təbii ki, pivə satışının azalması həm də almanların başqa ölkələrə köçməsi və Almaniyada müsəlmanların sayının artmaqda davam etməsi ilə bağlıdır.