Türkiyənin təhlükəsizlik qüvvələri ötən ay PKK terror təşkilatına və onun Suriya qanadı YPG-yə güclü zərbələr endirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyə və onun hüdudları xaricində terrorçuluğa qarşı əməliyyatların gedişatında oktyabrın 1-dən 31-dək PKK/YPG-nin 1090 terrorçusu zərərsizləşdirilib.

Əməliyyatlar zamanı PKK-ya kömək etməkdə şübhəli bilinən 410 nəfər saxlanılıb. Onlardan 212 nəfəri həbs edilib. Həbs edilənlər arasında bir sıra rayonların HDP-ni təmsil edən bələdiyyə başçıları da var.

Sərhədyanı yaşayış məntəqələrini atəşə tutulması nəticəsində və Suriyada YPG/PKK terrorçuları ilə toqquşmalarda Türkiyə təhlükəsizlik qüvvələrinin 16 əməkdaşı, həmçinin 21 dinc sakin həlak olub. Onların arasında uşaqlar da var.