Sumqayıt və Abşeronun bəzi hissəsində içməli suyun verilməsinə məhdudiyyət qoyulacaq.

Bu barədə Trend-ə “Azərsu”ASC-dən verilib.

Məlumatda bildirilir ki, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən bu gecədən Sumqayıt stansiyası və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətrafdakı yaşayış massivlərinə 4 noyabr 2019-cu il axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.