Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri Almaniyada olacaq. “Borussiya” (Dortmund) İtaliyanın “İnter” komandasını qəbul edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, IV

6 noyabr

E qrupu

24:00. “Napoli” (İtaliya) – “Zaltsburq” (Avstriya)

24:00. “Liverpul” (İngiltərə) – “Genk” (Belçika)

Xal durumu: “Napoli” – 4, “Zaltsburq” – 3, “Liverpul” – 3, “Genk” – 1.

F qrupu

24:00. “Borussiya” (Dortmund, Almaniya) – “İnter” (İtaliya)

21:55. “Barselona” (İspaniya) – “Slaviya” (Praqa, Çexiya)

Xal durumu: “Barselona” – 7 “Borussiya” – 4, , “İnter” – 4, “Slaviya” – 1

G qrupu

21:55. “Zenit” (Rusiya) – “Leyptsiq” (Almaniya)

24:00. “Lion” (Fransa) – “Benfika” (Portuqaliya)

Xal durumu: “Leyptsiq” – 6, “Zenit” – 4, “Lion” – 4, “Benfika” – 3

H qrupu

24:00. “Çelsi” (İngiltərə) – “Ayaks” (Hollandiya)

24:00. “Valensiya” (İspaniya) – “Lill” (Fransa)

Xal durumu: “Ayaks” – 6, “Çelsi” – 6, “Valensiya” – 4, “Lill” – 1.