Milli Məclis. Foto: Murad Orucov / Sputnik

Bu gün, noyabrın 5-də  Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri başlayır.

Modern.az xəbər verir ki, müzakirələrə Milli Məclisin komitələrində start veriləcək.

Belə ki, bu gün Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin iclası keçiriləcək.


Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Elm və təhsil, Mədəniyyət, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçiriləcək.


Noyabrın 7-də isə İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasının keçirilməsi nəzərdə tutulur.


Daha sonra 2020-ci ilin büdcə zərfinin müzakirəsi parlamentin plenar iclasına tövsiyə olunacaq.