Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

AzEuroNews.com / Karlsrue ►  Almaniya Federal Ana Yasa Məhkəməsi göstərilən işdə çalışmayanların ən çox 30 % sosial yardımının kəsilə biləcəyi ilə bağlı qərar verib. AzEuroNews.com  xəbər verir ki, Karlsrue şəhərində yerləşən Almaniya Federal Ana Yasa Məhkəməsi sosial yardımla bağlı tətbiq olunan cərimə metodlarının qismən Ana Yasaya zidd olduğunu bildirib. 

Məhəkəmə qərar verib ki, bundan sonra Hartz IV kimi bilinən işsizliklə bağlı sosial yardımın yanız 30 %-i kəsilə bilər. 

Federal İş İdarələrindən (Job center) sosial yardım alanlar göstərilən işdə çalışmaq istəmdikləri təqdirdə, onlara verilən yardımın 30 % – i kəsiləcək. 

İndiyə qədər subaylar üçün ödənilən 424 avro sosial yardım göstərilən işdə çalışmadıqda, ilk dəfə üçün 30 %, ikinci dəfə üçün 60 %, üçüncü dəfə üçün isə, 100 %-i  kəsilirdi. 

Məlumat üçün bildirək ki, Hartz IV adlı sosial yardım 2020-ci ilin yanvarında 432 avroya qaldırılacaq.