Foto ©  pixabay.com

Mənbə © timetv.live ► D5 qapısına yanaşan təyyarədə şübhəli bağlama tapıldığı deyilsə də, oğurlanmış təyyarənin aeroporta eniş etdiyi bildirilir

Bu saatlarda Niderland Krallığının paytaxtı Amsterdam şəhərinin yaxınlığındakı Schiphol aeroportunda fövqəladə vəziyyət elan edilib, reyslər təxirə salınıb. Hava limanı polisinin sözçüsünün öncə bildirdiyinə görə, D5 qapısına yaxınlaşan təyyarədə şübhəli bağlama tapılıb. Buna görə, polis müvəqqəti fövqəladə vəziyyət elan edib. Şübhəli bağlananın necə və hansı şəraitdə, hansı ölkədən gələn təyyarədə tapıldığı hələ ki, açıqlanmayıb. Lakin sonradan bəlli olub ki, hava limanına qaçırılmış təyyarə endirilib. Təyyarənin içində 27 sərnişin və pilotlar var. Təyyarənin necə və kimlər tərəfindən qaçırılıb Schiphol aeroportuna endirildiyi hələ ki, açıqlanmır.  Terror versiyası araşdırılır.

mirror.co.uk saytının verdiyi məlumata görə qaçırılan təyyarə Madrid-Amsterdam təyyarəsidir. Air Europa hava yollarına məxsusdu. İçəridə 3 nəfər soyuq silahla bıçaqlanmış kişi sərnişinləri və təyyarəni girov götürüblər. Onların konkret nə istədikləri hələ ki, məlum deyil.