AzEuroNews.com  ► Avropanın böyük hava yolu şirlətlərindən olan Lufthansa çalışanları bu gün tətil edəcək. AzEuroNews.com xəbər verir ki, işçilərin tətili baş tutarsa, təxminən 1300 uçuşun ləğv ediləcəyi gözlənilir. 

Uçuşların ləğvi 180 min sərnişinə təsir edə bilər.

Müstəqil Kabin Çalışanları Təşkilatının (UFO) Lufthansa işçilərinin maaşlarının artırılması ilə bağlı şirkətə verdiyi 48 saatlıq zaman ötən gün bitib.

Lufthansa şirkəti işçilərin tətilinin qanuna zidd olması ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə haqlı narazılığı nəzərə alaraq şirkətin iddiasını təmin etməyib.