AzEuroNews.com /  Berlin   Livanlı mafiya başçısı İbrahim Miri yenidən Almaniyaya qayıda bilər. AzEuroNews.com  xəbər verir ki,  bu ilin iyul ayında xüsusi təyanatlı polis əməkdaşlarının iştirakı ilə səhər saatlarında Bremendəki evindən birbaşa hava limanına aparılan və oradan da özəl bir təyyarə ilə Livana deportasiya olunan 46 yaşlı mafiya başçısının deportasiya qərarından verdiyi şikayəti məhkəmə təmin edib. Vəkili alman mediasına açıqlamasında bildirib ki, İbrahim Mirinin yenidən Almaniyaya gəlməsi üçün heç bir əngəl yoxdur. 

Alman mediası yazır ki, Livana deportasiya olunan mafiya başçısı orada çox qalmayıb. Sonuncu dəfə Türkiyədə görülən İ.Mirinin qeyri-qanuni yollarla Almaniyaya gələcəyi yayılan xəbərlər arasındadır. 

Bu səbədən onun qanunsuz miqrasiyasının qarşısını almaq məqsədi ilə Almaniya sərhədlərində polis yoxlaması gücləndirilib. 

Silahlı xüsusi polis dəstələri sərhədlərdə şübhəli avtomobilləri saxlayaraq yoxlayırlar. Alman mediası yazır ki, bununla bağlı qərarı daxili işlər naziri Horst Seehofer verib. 

Məlumat üçün bildirək ki, adı qadın , silah və narkotik alveri kimi cinayətlərdə  hallanan İbrahim Miri 1986-cı ildə, 13 yaşı olarkən Almaniyaya gəlib. Ancaq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) onun sığınacaq üçün müraciətini qəbul etməyib. Səbəb kimi isə, onun kimlik bilgilərinin düzgü olmadığı göstərilib. 

1998-ci ildə vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə saxlanılan İ.Mirinin deportasiya qərarı icra edilə bilməyib. 

2014-cü ildə narkotik alvernə görə həbs edilən mafiya başçısı məhkəmənin qərarı ilə 6 il bəhs cəzasına məhkum edilib. 

2019-cu ilin iyul ayına kimi Almaniyada həbsə saxlanılan İ.Miri sonra Livan hökumətinin istəyi ilə eksdradisiya edilib.