AzEuroNews.com    2020-ci ildən etibarən Latviya ölkədə vətəndaşlığı olmayanlardan doğulan uşaqlara avtomatik olaraq vətəndaşlıq verəcək. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olna məlumatda deyilir ki, Latviya Prezidenti Egils Levits, “Əcnəbilərdən yeni doğulan uşaqlara vətəndaşlığı olmayan şəxs statusu verilməsinin 1 yanvar 2020-ci il tarixindən etibarən ləğv edilməsi haqqında” qanun imzalayıb. Bu barədə məlumat „Latvijas Vestnesis“ nəşrində verilib. 
Gələn ildən başlayaraq, Latviyada anadan olan uşaqlar, valideynləri ölkə vətəndaşı olmasa da, avtomatik olaraq Latviya vətəndaşlığını alacaqlar. 
Əvvəllər bu vəziyyətdə olan uşaqlara valideynlərinin vətəndaşlığına uyğun əcnəbi və ya vətəndaşlığı olmayan pasportu alırdılar. 
Valideynlər övladının Latviya vətəndaşlığına sahib olmasını istəmirlərsə, vətəndaşlıqdan imtina yaza və uşaqlar üçün vətəndaşlıq seçə biləcəklər.

Son məlumatlara görə, hazırda Latviyada 1 milyon 796 min vətəndaş və 242 min əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayır.