AzEuroNews.com / Veymar  ► Almaniyada dönərin adı dəyişilərək “Ət restoranı” mənasını verən “Drehspiess” olub. AzEuroNews.com xəbər verir ki, Almaniya Qida Yoxlamaları Agentliyi artıq  Veymar şəhərində restoranların reklam lövhələrinə “Dönər” və ya “Dönərçi” yazılmasını qadağan edib. 

Sözügedən qurum bunu dönər adı ilə satılan ətlərin şərtlərə cavab verməməsi ilə göstərib. Belə ki, Almaniya Qida Qanununda (Deutsche Lebensmittelbuch) 1997-ci ildə qedilən dəyişikliyə görə, restoranın “dönərçi” kimi qəbul edilməsi üçün hazırlanan dönər rulonun 60 %-i qoyun və ya mal əti olmalıdır. Qida mütəxəssisləri hesab edirlər ki, hazırda Almaniyada sənaye üsulu ilə hazırlanan dönər rulonlarında həddindən artıq kimyəvi maddə və dadlandırıcılardan istifadə edilir. 

Bu qərardan sonra Almaniyada dönərin qiyməti 3.50 avrodan, 4.50-ə qalxıb. Restoran sahibləri bildiriblər ki, qiymət artımı dönər rulonunda baş verən dəyişikliklə bağlıdır.

Məlumat üçün bildirək ki, türklərin ən böyük azlıq olduğu Almaniyada gündəlik təxminən 600 ton dönər satılır. Təxmini hesablamalara görə, ölkədəki dönər və kabab sektorunun illik gəliri 3.5 milyard avrodur.