AzEuroNews.com /Troisdorf  ► Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin (NRW) Troisdorf şəhərində “Job Speed Dating” adlı əmək yarmarkası keçirilib. AzEuroNews.com xəbər verir ki, əmək bazarına işçi hazırlığı ilə məşğul olan “Tertia” şirkətinin təşkilatçılığı ilə baş tutan əmək yarmarkasında  NRW-də fəaliyyət göstərən yerli və əcnəbi şirkətlərin nümayəndələri iştirak ediblər. 

İştirakın yüksək olduğu yarmarkada iş axtaranlar birbaşa şirkət təmsilçiləri ilə görüşmək şansını əldə ediblər. 

Tərcümeyi halını təqdim edərək şirkət təmsilçiləri ilə görüşənlərin çoxu növbəti mərhələyə dəvət alıblar.