Foto © Cəsur Məmmədov Sümərinli

AzEuroNews.com /Bilefeld  / Foto © Cəsur Məmmədov Sümərinli ► Almaniyada Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış poqromun 81 illiyi ilə bağlı anım yürüşləri keçirilib. 

AzEuroNews.com xəbər verir ki, belə bir yürüş Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Bilefeld şəhərində baş tutub. 

Anım tədbirində iştirak edənlər Almaniyada son illər artan irqçiliyə qarşı olduqlarını müxtəlif şürarlarla ifadə ediblər. 

Anım tədbirinə gələnlər “Kristal gecə” (Almanca: Kristallnacht) qurbanlarının adlarının yazıldığı lövhənin önünə gül qoyaraq, şam yandırıblar.

Məlumat üçün bildirək ki, nasistlər tərəfindən 1938-ci ildə yəhudilərə aid ev, iş yerləri və sineqoqlara qarşı hücumlar təşkil edilib. 

Yəhudi iş adamlarına aid mülklər talan edilərək yandırılıb. 6 gün davam edən poqromda aralarında azyaşlı uşaqların da olduğu 400 yəhudi vəhşicəsinə qətlə yetirilib. 1400 sineqoq yandırılıb, həbs edilən 30 mindən çox yəhudi isə, nasistlərə aid “Ölüm kampları”na göndərilib.