İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç 29 yaşdan yuxarı futbolçulara verilən “Golden Foot” mükafatını qazanıb.

“Report”un məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi Kriştianu Ronaldu, Lionel Messi, Tyaqu Silva, Serxio Ramos kimi futbolçuları geridə qoyub.

Mükafatlandırma mərasimi noyabrın 12-də Monte-Karloda keçirilib.

2003-cü ildən verilən bu mükafatı yalnız həyatda bir dəfə udmaq mümkündür.