“Ford” şirkəti Şimali Amerikada 337 min avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar ön oturacaqların çərçivələrinin iti uclara malik olması ilə əlaqədardır.

Belə ki, bu, sürücünün və sərnişin xəsarət alması ilə nəticələnə bilər. Bu günədək 30-a yaxın bu cür halın qeydə alındığı deyilir. Geri çağırılma 2017-ci ilin “Explorer” modellərinə şamil olunur.

Qərara əsasən 311 min avtomobil ABŞ-da, 23 min avtomobil Kanadada və 3 min avtomobil Meksikada geri çağırılıb.