Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

“Növbəti plenar iclas noyabrın 19-da keçiriləcək”,-deyə mətbuat katibi əlavə edib.

Milli Məclis rəsmisinin sözlərinə görə, iclasın gündəliyi də bəllidir:

“Belə ki, noyabrın 19-da keçiriləcək plenar iclasın gündəliyinə 21 məsələ təklif edilib. Müzakirəyə çıxarılacaq bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm:
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi (II oxunuş),  Ailə Məcəlləsinə dəyişiklik edilməsi (II oxunuş), Mülki Prosessual Məcəlləyə dəyişiklik ediklməsi (II oxunuş), “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna  dəyişiklik edilməsi (II oxunuş), Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə, “Məhkəmə və hakimlər haqqında” qanuna dəyişiklik (I oxunuş), “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi (I oxunuş), Cinayət Məcəlləsində dəyişiklik edilməsi (I oxunuş) və s.”.