Bakı Nəqliyyat Agentliyi avtomobillərin düzgün parklanması ilə bağlı yeni tədbirlərə əl atıb. 

REPORTYOR.AZ-ın əldə etdiyi eksklüziv məlumata görə, BNA-ya məxsus avtomobillərin üzərinə 360 dərəcə çəkiliş qabiliyyəti olan kameralar yerləşdirilib. 

Məlumata görə, bu qurğu ilə düzgün parklanmayan avtomobilləri cərimələmək daha asan olacaq. 

Belə ki, bu qurğu vasitəsilə istənilən qanunsuz parklanma halı avtomatik aşkar edilərək fotosu çəkiləcək və həmin avtomobilin sürücüsüanındaca cərimələnəcək. 

Qurğunun fotosunu təqdim edirik: