Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Almaniyada bankların əmanətlərə tətbiq etdiyi faiz dərəcəsinin aşağı olması “yastıq altında” saxlanılan pulun 235 milyard avroya çıxması ilə nəticələnib. 

Xeber.de-nin məlumatına görə, hazırda Almaniyada evlərdə adambaşına 2800 avro saxlanıldığı təxmin edilir. 

Mövzu ilə bağlı gündəlik nəşr edilən “Bild” qəzetinə danışan iqtisadçılar bildiriblər ki, 10 il öncə təxminən 102 milyard olan bu miqdar artaraq 235 milyard avro olub. 

Ekspertlərin fikirncə, buna səbəb də, bankların neqativ faiz siyasətidir. Onların sözlərinə görə, Almaniya Mərkəz Bankı və Avropa Birliyi Mərkəzi bankının çox aşağı faiz siyasəti ölkədəki banklara çox ağır təsdir edir.

Hazırda Alamniyada evdə saxlanılan pulların banklara əmənət kimi qazandırılması məqsədi ilə müxtəlif proqramlar hazırlanır.