2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.

Modern.az xəbər verir ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda qeyd olunub ki, dekabr ayının 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlanacaq və 12:06-da yekunlaşacaq. 

Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.