Foto © Fərahim İLQAROĞLU / Xeber.de

Almaniyanın 500 min əcnəbi işçiyə ehtiyacı var 

“Bizdə yaşlıların sayı artır. Demək olar ki, buna görə Yaponiyadan sonra dünyadan ikinci sıradayıq. Keçmişə baxaraq həm daha uzun yaşayırıq, həm də daha az uşaq sahibi oluruq. Əgər önləm alınmasa, dövlətin çöküşünü əngəlləyə bilməyəcəyik”.  Xeber.de– nin məlumatına görə, bunu Almaniyanın Azad Demokratlar Patiyasından (FDP) olan deputat Kristian Dürr söyləyib. 

Deputat qeyd edib ki, demoqrafik böhran ən çox dövlət büdcəsinə ziyan vurur. O qeyd edib ki, bu ilki 365 milyard avro olan federal büdcənin 100 milyardı təqaüdçülərə dəstək məqsədi ilə istifadə edilir. 

K.Dürr Almaniyanın mövcud miqrasiya qanunvericiliyinin işçiyə olan təlabatı ödəməyə cavab vermədiyini söyləyib: “İndiki sosial rifahımızı qorumaq istəyiriksə, hər il əlavə olaraq 500 min əməkçi miqrant qəbul etməliyik. Çox yaxşı inteqrasiya etmiş, çalışan əcnəbiyi deporatsiya edərkən, digər tərəfdən İbrahim Miri kimi mafiya başçısı sizi baramağında oynadır. Federal Daxili İşlər Nazirliyi də buna seyirci qalır”.

Deputat işi-gücü olan əcnəbilərin Almaniyada qalması, digərlərinin isə, göndərilməsinin vacib olduğunu vurğulayıb.

“Əks təqdirdə bu mövcud sistem Almaniyanı növbəti 15 il ərzində iflic edəcək”– deyə FDP-dən olan deputat qeyd edib. 

İqtisadçıların proqrnozlarına görə, Almaniyada 2023-cü ilə qədər işçi sayında və gəlir vergisində kəskin azalma olacaq. 50 il öncə Almaniyada 4 işçi ödədiyi vergilərlə bir təqaüdçüyə baxırdısa, gələcək 10 il içində 1-2 çalışan birinə baxmaq məcburiyyətində qalacaq. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL!