Dünyada milyonlarla insanın istifadə etdiyi ”instagram”da yeni dəyişiklik olub.

”Ölkə.Az” xəbər verir ki, artıq ”İnstagram”da şərh yazarkən izləyici daha diqqətli olmalıdır. Şərhi yayımlamadan əvvəl ”İnstagram” həmin izləyiciyə ”Şərhi paylaşmaq istədiyinizə əminsinizmi?” sualını verəcək. Qeyri-etik şərh yazanlara isə xəbərdarlıq olunacaq. Süni intellektin oxuya bildiyi bu şərhləri yayımlayanların hesablarının təhlükəyə girmə ehtimalı da var. Əgər ”İnstagram” lazım bilərsə həmin hesab bağlanacaq.