Bu gün Azərbaycanda keçirilmiş sonuncu bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq.

“Report” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub. Belə ki, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.