Böyük Britaniyanın avtomobil istehsalçısı “Aston Martin” ilk elektromobilini istehsal etməkdən imtina edib.

Trend-in “Ren TV”yə istinadən verdiyi məlumata görə, bunu “Autocar” nəşrinin şirkətdəki mənbəsi deyib.

Bildirilir ki, istehsal edilmiş “Rapid E” avtomobili elektrik model sistemlərini sınamaq üçün tədqiqat layihəsi olaraq qalacaq.

Qeyd edək ki, “Aston Martin Rapid E”nin prototipi 2019-cu ilin aprelində Şanxayın avtosalonunda təqdim edilib.