“Barselona”nın hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dünən Çempionlar Liqasında “Seltik”lə oyunda (7:0) het-trik edən Messi Argentina futbolunun bütün tarixi ərzində ən çox qol vuran futbolçu olub.
Karyerasında 515-ci qola imza atan Messi “Real”ın əfsanəsi Alfredo di Stefanonu (514) geri qoyub.
Argentina futbolu tarixində ən çox qol vuran 5 futbolçu
1. Lionel Messi – 515 qol
2. Alfredo di Stefano – 514 qol
3. Karlos Byanki – 434 qol
4. Qabriel Batistuta – 356 qol
5. Dieqo Maradona – 354 qol