Rusiya Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini baş nazir təyin etməyi təklif edib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Prezident Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib. Razılıq aldıqdan sonra o, M.Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib”.

Qeyd edilir ki, Dövlət Duması Mixail Mişustinin baş nazir vəzifəsində namizədliyini yanvarın 16-sı müzakirə edəcək.