Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gedişhaqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Agentlikdən Modern.az-a verilən məlumata görə, yanvarın 24-dən etibarən, 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı BakıKart vasitəsilə ödəniləcək:

“Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”.