Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota təhlükəsizlik problemləri səbəbindən dünya üzrə 3,4 milyon avtomobilini geri çağıracaq.

Trend-in məlumatına görə, bu qərara səbəb təhlükəsizlik yastıqlarının qəza vəziyyətində açıla bilməməsi və ya tam açılmaması ilə əlaqədar texniki nasazlıqdır.

Bildirilir ki, ən çox avtomobil ABŞ-da geri çağırılacaq – 2,9 milyon.

Qeyd olunur ki, geri çağırılmalı modellər Corolla (2011-2019-cu il buraxılışı), Matrix (2011-2013), Avalon və Avalon Hybrid (2013-2018) olacaqlar.