Azərbaycan daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib.

Bu bardə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər:

“Dəyişiklik bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin biletləri daha rahat və tez almasını təmin etməyə xidmət göstərir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunacaq”.