Suriyanın İdlib əyalətində artilleriya zərbələri nəticəsində 4 Türkiyə hərbçisi həlak olub.

Trend-in məlumatına görə, daha 9 hərbçi yaralanıb.

Qeyd olunur ki, artilleriya zərbəsi Suriya ordusu tərəfindən endirilib.

Türkiyə ordusu cavab atəşi açıb.