“Əl-Qaidə”nın Ərəbistan yarımadasındakı lideri Qasim ar-Raymi Birləşmiş Ştatların Yəmənə endirdiyi hava zərbələri zamanı öldürülüb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata əsasən, “Əl-Qaidə”nın lideri Yaman əz-Zavahirinin köməkçisi olan terrorçu ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirilən əks-terror əməliyyatında məhv edilib.