Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və digər müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

“Report”un məlumatına görə, BŞİH-də müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D18 hərəkat və digər müstəqil namizədlər fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə baş verənlərlə bağlı metronun “28 May” stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdi.