İtaliyanin Venesiya şəhərində turistlər əleyhinə üsyan olub.

AzEuroNews Euronews-a istinadən xəbər verir ki, sakinlər şəhərə hədsiz sayda axın edən turistlərin sayının azaldılmasını tələb edirlər.

Səyahətçilərin sayının çoxluğu səbəbi ilə şəhərdə hərəkət etmənin çətinliyindən şikayət edən şəhər sakinləri buna etirazlarını bildirirlər:

“Burada bir çox şəxsin əlində bazarlıq səbəti var. Biz buranın yerli sakinləri olaraq normal həyat sürmək istəyirik. Günlük ehtiyaclarımızı çölə çıxaraq rahat bir şəkildə satın almaq, burada yaşamağa davam etmək istəyirik. ”

Yerli mətbuat təkcə ötən il Venesiyaya 1 gündə 74 min xarici turistin ayaq  basdığını yazır. Məlumata görə, şəhərə hər il 30 milyona yaxın turist səyahət edir.