Bakının Nizami rayonu ərazisində təbii qazın verilişi dayandırılıb. 

Oxu.Az xəbər verir ki, sakinlər axşam saatlarından təbii qazın verilişində fasilə yarandığını bildiriblər.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib. 

Onun sözlərinə görə, paytaxtın Nizami rayonu ərazisində qəza baş verib:

“Nizami rayonu, Naxçıvanski 31 ünvanında diametri 79 mm olan qaz kəməri avtomobillə vurularaq dirəklərdən salınıb. Qaz sızmasının qarşısının alınması məqsədilə fevralın 24-ü tarixində saat 00:10-dan etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Problem təqribən 500 abonenti əhatə edir. Bu gün səhər saatlarında başlanılan bərpa işləri gün ərzində tamamlanacaq”.