Xırdalanda elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Bu barədə Modern.az-a “Azərişıq” ASC-nin Mətbuat xidmətinindən məlumat verilib:

“Xırdalan ETSİ-nin xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq 25 fevral 2020-ci il tarixində saat 12.00-dan 14.00-a qədər Xırdalan şəhərinin bəzi yaşayış massivlərində  istehlakçıların  elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaqdır”