Apple şirkəti film çəkilişləri zaman məhsullarının istifadəsinə bəzi qadağalar tətbiq edir.

“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə amerikalı rejissor Rayan Conson bildirib.

Onun sözlərinə görə, film industriyasının öz yazılmamış qanunları var. Bu qanunlardan birinə əsasən mənfi personajların Apple məhsulları ilə kadra düşməkləri qadağan olunur.

Rejissor, eyni zamanda ssenarisini yazdığı növbəti filmin yaradılması üzərində işləyərkən sözlərinin ona ziyan vurmasından da narahat olduğunu vurğulayıb.