İspaniya La Liqasında XVI turun mərkəzi görüşü “Real Madrid” və “Barselona” komandaları arasında keçirilib.

“Report”un məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. 

İlk qolu 71-ci dəqiqədə Vinisius Junior vurub. Son nöqtəni isə 90+2-ci dəqiqədə Mariano Dias qoyub.

Bu qələbə sayəsində xalını 56-ya çatdıran “Real Madrid” liderliyə yüksəlib. 55 xalı olan “Barselona” isə 2-ci pilləyə enib.