Suriyanın İdlib bölgəsində daha bir türk hərbçisi həlak olub. “Qafqazinfo” bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qüvvələrimizin rejim (Suriya-red.) tərəfindən atəşə tutulması nəticəsində “Bahar qalxanı” əməliyyatı bölgəsində bir qəhrəman silahdaşımız şəhid olub və doqquzu yaralanıb. Bu rayonda rejimin 82 mövqeyinə cavab atəşi davam etdirilir”, – məlumatda deyilir.

Türkiyə Milli Müdafiə Nazirliyi onu da əlavə edib ki, cavab atəşi ilə 9 tank, 2 haubitsa, 2 hərbi avtomobil, 6 raket qurğusu, eləcə də 299 Suriya əsgəri zərərsizləşdirilib.