Amerikalı milyarder Bill Qeyts koronavirusun müalicəsi üçün 100 milyon dollar sərmayə qoyacaq.

“The Guardian” xəbər verir ki, maliyyəni Bill və Melinda Qeyts Vəqfi təmin edəcək, minlərlə dərman nümunəsi Belçikada sınaqdan keçiriləcək.

Nümunələrin Belçikaya gətirilməsindən iki həftə sonra nəticələrin olacağı gözlənilir, ümumilikdə təxminən 15 min maddə sınaqdan keçiriləcək.

Qeyd edək ki, hazırda koronavirusla bağlı ən çətin vəziyyət Çin, Cənubi Koreya və İtaliyadadır. Ayrıca Yaponiyada çox sayda yoluxma halları var. Xəstəlik  ABŞ-da da durmadan yayılmağa başlayıb.