Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar, Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib. 

“Qafqazinfo” xəbər verir ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub. 

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.