Koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq. Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatına görə, siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.

Modern.az xəbər verir ki, bu qurumlar aşağıdakılardır:

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
  • Azərbaycan Respubikasının Nazirlər Kabineti
  • Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
  • Azərbaycan Respublikasının Baş Prokurorluğu
  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
  • Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
  • Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
  • Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
  • Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  • “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  • “Azəriqaz” İstehsalat Birliyi
  • “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  • SOCAR
  • “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

Bayram günlərində istirahət haqqı qüvvədə qalan dövlət qurumları isə aşağıdakılardır:

  • Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti
  • Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
  • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
  • Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsi
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  • Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  • Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  • Azərbaycan Dövlət Turizm Agentliyi