“Parlamentin yeni sədri Sahibə Qafarovanı yüksək intellekti, bacarığı olan bir şəxs kimi qiymətləndirirəm. Hesab edirəm ki, o bu vəzifəni məclis sədrliyinə ən layiqli namizəd kimi icra edəcək”

Bu sözləri Gununsesi.org –a açıqlamasında Milli Məclisin keçmiş sədri Oqtay Əsədov söyləyib.
Saytımıza açıqlamasında Otay Əsədov özünün spiker postundan getməsini də şərh edib.
Eks-spiker bildirib ki, heç bir vəzifə heç kəs üçün əbədi deyil:

“Mən ömrüm boyu spiker olası deyildim ki…Bir gün vəzifəyə gələn bir gün də gedər. Uzun illər Milli Məclisə sədrlik etdim. İndi də təmsil olunduğum Yeni Azərbaycan Partiyası Sahibə Qafarovanı bu posta layiq gördü və partiyanın hər bir üzvü kimi mən də bunu dəstəklədim”.