“Azərbaycanda koronavirus əsasən fevralın sonu və martın əvvəlində idxal olunurdu. Bu günə onların sayı təxminən 30 nəfərdir”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

“Bundan sonra isə xəstəliyə yoluxma halları ölkə daxilində də qeydə alınmağa başladı. Bu xəstəlik əsasən cənub zonasında daha çoxdur. Çünki ilk vaxtlar sərhədlər hələ ki tam bağlanmamışdı. Xüsusən İranla”, – deyə nazir müavini bildirib.