AzEuroNews newsru.com-a istinadən xəbər verir ki, Fidji polisləri iyunun 15-dən etibarən itkin düşmüş cütlüyün axtarışında idi. Məlumata görə Rusiya vətəndaşı olan bu cütlük buraya  istirahət üçün gəliblərmiş. Onlar axrıncı dəfə Natadola-Biç də yerləşən kafedə görünmüşdülər.

İyunun 17, yerli sakinlər tərəfindən tapılan avtomobilin Yuriy və Nataliyaya aid olduğu təsdiq olundu.Qeyd edək ki avtomobilin açarları da üstündə idi.

Polisə  dostlarının itkin düşməsi ilə bağlı xəbəri  Andrey Luzanenko verib. Andreyin sözlərinə görə Yuriy və Natalya iki gün əvvəl avtomobiləri ilə gəzməyə çıxıblar və birdaha onları görən olmayıb.

Bu yaxınlarda Fidjidə tapılan iki cəsədin isə DNK analizlərinin cavabına görə, itkin düşən rus turistlərinə aid olduğu bildirilib.Faktla bağlı araşdırma gedir.

Onuda qeyd edək ki, hazırda Fidjidə 30 nəfər russiyalı turist var, onların 8-i rus vətəndaşıdı.