“Kiralık aşk” serialının “Defne”si Elçin Sanqu ilə bağlı yeni problem yaranıb.

Məlumata görə, o, kaprizləri ilə yaradıcı heyəti və rejissoru bezidirb. Ötən mövsüm “Tükənmişlik sindromu”na tutulduğu üçün layihədən ayrılacağı deyilən aktrisanın bu dəfə serialı tərk edəcəyi deyilir.

Son olaraq rejissorla mübahisə edən E.Sanqu serial başlayanda hər seriya üçün 15 min lirə (təxminən 7,5 min manat) alırdısa, indi həmin məbləğ 45 min lirə (təxminən 15 min manat) olub.